satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda çörək sexində nöqsanlar aşkar olunub - FOTOLAR

Naxçıvanda çörək sexində nöqsanlar aşkar olunub <font color=red> - FOTOLAR</font> Naxçıvanda çörək sexində nöqsanlar aşkar olunub <font color=red> - FOTOLAR</font> Naxçıvanda çörək sexində nöqsanlar aşkar olunub <font color=red> - FOTOLAR</font> Naxçıvanda çörək sexində nöqsanlar aşkar olunub <font color=red> - FOTOLAR</font> Naxçıvanda çörək sexində nöqsanlar aşkar olunub <font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Qida Təhlükəsizliyi Agentliyin əməkdaşları tərəfindən Babək rayonu, Qahab kəndində fəaliyyət göstərən çörək sexində plandankənar yoxlama aparılıb. 

Yoxlama zamanı qida obyektində gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tətbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı aşkarlanmışdır.

Eyni zamanda, müəssisədə çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi, istifadə olunan alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi müəyyən edilmişdir.

Həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olmuşdur.

Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib olunmuşdur. 

Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM