Ordubad rayonunda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər xəsarət alıb.
NTV xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Dırnıs kəndində baş verib.
Hadisə zamanı xəsarət alan 11 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
