satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “TikTok”da müxtəlif adlar altında yarışlar təşkil edən şəxslər saxlanılıb

Naxçıvanda “TikTok”da müxtəlif adlar altında yarışlar təşkil edən şəxslər saxlanılıb

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvanda “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı da polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

TikTokerlərin iştirakı ilə təşkil olunan və qaliblərə 10000 manat pul mükafatı vəd olunan yarışmalarda baş verənlərin canlı yayımlanması vətəndaşların narazılığına səbəb olub. Bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “adel085”səhifəsinin admini və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Məlumatı Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən Naxçıvan televiziyası-a təsdiqləyiblər. Bildirilib ki, oyunları təşkil edən şəxs barəsində 20 sutka inzibati həbs qərarı verilib. Digərləri barədə araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM