satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində bu yollar yenidən qurulacaq

Naxçıvan şəhərində bu yollar yenidən qurulacaq

Naxçıvan televiziyası xəbər verir ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” İdarə Heyətinin sədri Bəhruz Əsgərov Naxçıvan televiziyasının efirində bildirib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illəri əhatə edən Dövlət Prqoramı çərçivəsinə 2025-ci ildə 95,6 km avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması nəzərdə tutulub.

Bəhruz Əsgərov qeyd edib ki, tender mərhələsi tamamlandıqdan sonra Naxçıvan şəhərinin Babək məhəlləsi, Hacıniyyət kəndi, 6-cı məhəllə, Qaraçuq avtomobil yolu, Xətai məhəlləsi, S.Vurğun, N.Naxçıvani, M.H.Şəhriyar, H.Rəhmanov, 58-ci və 61-ci məhəllənin yollarında ilkin işlər həyata keçirilərək asfalt veriləcək. Həmçinin, muxtar respublikanın digər bölgələrində - Babək rayonunun Nehrəm qəsəbəsi, Culfa rayonunun Yaycı kəndində, Şərurun Muğancıq-Müslüm və Cəlilkənd-Düdəngə avtomobil yollarında da əsaslı təmir işləri həyata keçirəcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM