satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb - FOTOLAR

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb<font color=red> - FOTOLAR</font> Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb<font color=red> - FOTOLAR</font> Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb<font color=red> - FOTOLAR</font> Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb<font color=red> - FOTOLAR</font>

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri Gürcüstan mediasının diqqət mərkəzində olub.

NTV xəbər verir ki, Gürcüstanın aparıcı televiziya kanalları, xəbər agentlikləri və biznes nəşrləri səfərin gedişini operativ şəkildə işıqlandırıb, Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin Şuşadakı görüşü və səsləndirdikləri mesajları ayrıca xəbərlərlə təqdim ediblər.

 

Gürcüstanın Birinci Kanalı 1TV noyabrın 8-də Türkiyə Prezidentinin Azərbaycana səfəri barədə materialda Füzuli Beynəlxalq Hava Limanında qarşılanma mərasimi, daha sonra Şuşada keçirilən rəsmi qarşılanma mərasimi və səfərin 8 Noyabr - Zəfər Günü ilə eyni vaxta təsadüf etməsini diqqətə çatdırıb.

 

Kanal daha sonra Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin birgə mətbuat konfransındakı çıxışlarını ayrıca materialla yayımlayıb. Dərc olunan xəbərin başlığında Türkiyə Prezidentinin Azərbaycanın regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində səylərini dəstəkləməsi önə çıxarılıb. Materialda Azərbaycan Prezidentinin Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olması barədə fikirlərinə də yer verilib.

 

Gürcüstanın nüfuzlu xəbər agentliklərindən olan “InterpressNews” da səfəri geniş işıqlandırıb. Agentliyin yayımladığı xəbərdə Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri, Şuşadakı qarşılanma mərasimi və iki dövlət başçısının mətbuata açıqlamaları barədə məlumat verilib. Xəbərdə, həmçinin Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin Xocalı soyqırımı memorialını ziyarət etdiyi qeyd olunub.

 

Qryd edək ki, gürcü mediasının səfərə marağı yalnız noyabrın 8-də başlamayıb. Səfərdən üç gün əvvəl, noyabrın 5-də 1TV Türkiyə Prezidentinin Azərbaycanla münasibətlər barədə açıqlamalarını ayrıca xəbər kimi yayıb. Materialın başlığında iki ölkə arasındakı münasibətlərin adi diplomatik əlaqələrdən daha geniş olduğu və mövcud qardaşlıq münasibətlərinin istənilən maneəni aşa biləcəyi barədə mesaj önə çıxarılıb. 1TV həmin xəbərdə Türkiyə Prezidentinin Azərbaycanla münasibətlərdə böhran olmadığını bildirməsini də vurğulayıb.

 

Eyni açıqlama “InterpressNews”un da diqqət mərkəzində olub. Agentlik noyabrın 5-də “Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın aşa bilməyəcəyi heç bir maneə yoxdur” fikrini başlığa çıxarıb.

 

Bundan başqa, Gürcüstanın “Adjara TV” və “Radio Tavisupleba” kimi media resursları da Türkiyə Prezidentinin Azərbaycana səfərini, Şuşada keçirilən görüşü və Azərbaycan-Türkiyə münasibətlərinin regional əhəmiyyətini öz materiallarında işıqlandırıb.

 

Beləliklə, Gürcüstan mediasının yanaşmasında səfərin iki mühüm istiqaməti diqqəti cəlb edir. Birinci istiqamət Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlər, iki dövlət başçısının səsləndirdiyi birlik və həmrəylik mesajlarıdır. İkinci istiqamət isə bu münasibətlərin Cənubi Qafqazda sülh, təhlükəsizlik və regional proseslər baxımından əhəmiyyətidir.

 

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, gürcü nəşrləri səfəri yalnız protokol tədbiri kimi təqdim etməyib. Türkiyə Prezidentinin səfərdən əvvəl verdiyi açıqlamalar da ayrıca gündəmə gətirilib, daha sonra səfərin özü, Şuşadakı rəsmi qarşılanma, iki dövlət başçısının görüşü və mətbuat konfransındakı çıxışları ardıcıl şəkildə işıqlandırılıb.

 

Azərbaycan Prezidentinin çıxışından Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığı, iki ölkənin müharibə dövründəki həmrəyliyi və münasibətlərin gələcək inkişafı ilə bağlı fikirlər ön plana çıxarılıb.

 

Türkiyə Prezidentinin çıxışında isə Azərbaycanın regionda uzunmüddətli sülh yaratmaq istiqamətində səylərinə dəstək, Qarabağın bərpası və Cənubi Qafqazda yeni dövrün formalaşması ilə bağlı mesajlar gürcü mediasının diqqət yetirdiyi əsas məqamlar olub.

 

Gürcü mediasının bu səfərə yanaşması göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri Tbilisinin informasiya gündəmində yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, həm də Cənubi Qafqazdakı regional proseslər fonunda izlənilir. Səfərin Zəfər Günü ilə eyni vaxta təsadüf etməsi, Şuşada keçirilməsi və iki ölkə prezidentinin regionda sülh və əməkdaşlıqla bağlı mesajları isə gürcü nəşrlərinin materiallarında xüsusi yer tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM