satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan-Şahbuz yolunda avtomobil aşıb, xəsarət alan var

Naxçıvan-Şahbuz yolunda avtomobil aşıb, xəsarət alan var

Naxçıvan televiziyası xəbər verir ki, hadisə Babək rayonunun Aşağı Uzunoba kəndi ərazisində, Naxçıvan-Şahbuz magistral yolunda baş verib. Qəza zamanı 75-BF-288 dövlət nömrə nişanlı "KİA" markalı avtomobil magistral yoldan çıxaraq ağaclara dəyib və aşıb. Avtomobilin sürücüsü, Babək rayonu Şıxmahmud kənd sakini, 1988-ci il təvəllüdlü Tağıyev Samir Rüstəm oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hədisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM