Müzakirə mövzusudur: Dünya dərs alacaqmı?

Müzakirə mövzusudur: Dünya dərs alacaqmı?

Son günlər dünyanın gündəmini zəbt edən hadisə Amerika Birləşmiş Ştatlarının Los-Angeles əyalətində baş verən şiddətli və eyni zamanda qəribə şəkildə sönməyən yanğınlar oldu. Lüks mənzillərindən qaçışan insanları gördükcə, gözlər önündə sadəcə bir mənzərə canlanır: Gülmə qonşuna, gələr başına.

Gözümün önündə xəstəxanaya gələrkən öz övladının cansız bədənini görən həkim, bir ananın fəryadı, əlində dovşan oyuncağı ilə dağıntıların altında qalan uşaq canlanır. O, uşağın məsumiyyəti, qucağında öz oğlununu can verərkən daşıyan ata və bu kimi kadrları gördükcə bunun siyasətlə yox insanlıqla əlaqəsini axtarıram.

"Uşaqların xatirinə" deyir, Rahil Tahirli. Bu sadəcə bir yanğın deyil. Təbiətin qəzəbi o qədər vahiməlidir ki, bəlkə də cəhənnəmdən bir səhnədir gördüklərimiz. İnsanlar yanaraq və ya boğularaq ölürdü, insanlar ölürdü. Hər ikisinin kadrlarını yanaşı göz önünə gətirəndə, hər ikisi faciədir, hər ikisi vahiməlidir, sadəcə bir fərqlə! Bilərək, istəyərək və yaxud acımasızca!

Həyat, bəzən çox amansız olur və öz zərbəsini kimə, nə vaxt vuracağını heç kim bilmir. Təcrübələr, yaşananlar isə bizə öz davranışlarımızı və düşüncələrimizi yenidən qiymətləndirmə imkanı verir.

Qəzzanın timsalında dünyada bir çox ölkələr arasında baş verən zorakılıq və münaqişə, bizə bu dərsin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Orada yaşananlar, hər birimizin başına gələ biləcək faciələrdir. İki tərəf arasında davam edən münaqişələr və məhv olmuş həyatlar, bir zamanlar sülh içində yaşayan insanları, birdən-birə faciəvi bir şəkildə zorakılığa və qaçqınlığa sürükləyir. Hər bir münaqişə, yalnız o bölgə ilə məhdudlaşmır. Getdikcə dünya səviyyəsində insanlar arasında kədər, ağrı və itkiləri artırır.

Dünyamız böyükdür... Hamımıza yetəcək qədər

Baş verənlər, bizə qarşılıqlı anlayış, şəfqət və insanlıq dəyərlərini unutmamağın vacibliyini bir daha vurğulayır. Bizim, insan olaraq digər insanların çəkdiyi ağrıya və iztirablara qarşı duyarsız olmamağımız və onların dərdlərini öz dərdimiz kimi hiss etməyimiz zəruridir. Bu səbəbdən, hər bir münaqişə və insan hüquqları pozuntusu, bizə həm xəbərdarlıq həm də insanlığımızın imtahanıdır. Başqalarının kədərinə laqeyd qalmaq əvəzinə, onları anlamaq, dəstək olmaq və sülhü təşviq etmək, həm bizim, həm də dünyamızın gələcəyi üçün vacibdir.

Səma Huseynli

Naxçıvan televiziyasının əməkdaşı

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM