satellite   Azerspace-1: 11135 H 30000

Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub

Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub

Xalq şairi Nəriman Həsənzadə Bakı Sağlamlıq Mərkəzində (BSM) əməliyyat olunub.

BSM-dən Naxçıvan televiziyası-a verilən məlumata görə, 93 yaşlı şair, dramaturq yanvarın 12-si axşam saatlarında tibb müəssisəsinə müraciət edib.

Qeyd olunub ki, müayinə zamanı pasiyentə tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub. Pasiyent bir neçə saatlıq reanimasiya müşayiətinin ardından intensiv palataya keçirilib".

Məlumata görə, hazırda N.Həsənzadənin vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM