satellite   Azerspace-1: 11135 H 30000

BDYPİ xəbərdarlıq edir: Sükan arxasında diqqəti yayındıran hər bir hərəkət təhlükə yaradır

BDYPİ xəbərdarlıq edir: Sükan arxasında diqqəti yayındıran hər bir hərəkət təhlükə yaradır

Avtomobil idarə edərkən sürücünün bütün diqqəti yola, ətrafda baş verən proseslərə və nəqliyyat vasitəsinin idarə olunmasına yönəlməlidir. Təəssüf ki, bəzi sürücülər sükan arxasında olduqları vaxt ev heyvanlarını qucaqlarında saxlayaraq, həm özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradırlar.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən NTV-yə  verilən məlumata görə, qucaqda saxlanılan heyvan hər an gözlənilməz reaksiya verə, sürücünün diqqətini yayındıra və ya avtomobilin idarəetməsinə maneə törədə bilər. Bu kimi hallar qəza riskini əhəmiyyətli dərəcədə artırır və faciəvi nəticələrə səbəb ola bilər.

“Qeyd olunmalıdır ki, avtomobildə daşınan heyvanlar üçün xüsusi daşıyıcı avadanlıqların istifadəsi mütləqdir. Bunlardan istifadə etməmək yol hərəkəti qaydalarının pozulmasına və yollarda təhlükəli vəziyyətin yaranmasına səbəb olur. BDYPİ bir daha sürücüləri məsuliyyətli olmağa, sükan arxasında heç bir halda əlavə diqqət yayındırıcı hərəkətlərə yol verməməyə çağırır.Unutmayın ki, bir anlıq diqqətsizlik geri dönüşü olmayan nəticələrə səbəb ola bilər”, - deyə məlumatda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM