satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda növbəti “SUVAR” ekoloji aksiyası keçirilib - VİDEO

Naxçıvan Muxtar Respublikasında yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və iqlim dəyişikliklərinə qarşı maarifləndirmənin genişləndirilməsi məqsədilə növbəti “SUVAR” ekoloji aksiyası təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, aksiya Naxçıvan şəhərinin "Əlincə" məhəlləsində keçirilib.

Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Sonra ətraf ərazidəki ağaclar suvarılıb. Ağacların suvarılması işində könüllülərlə yanaşı, təşkilatçı qurumların əməkdaşları da fəal iştirak ediblər.

Qeyd edək ki, ekoloji aksiya Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Muxtar Respublika Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirlikləri və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM