satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay əlilliyi olan 2800 şəxsə 123 min reabilitasiya vasitəsi verilib

Ötən ay əlilliyi olan 2800 şəxsə 123 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yanvar ayında əlilliyi olan 2800 şəxsi 123 min reabilitasiya vasitəsi ilə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə  verilən məlumata görə, həmin reabilitasiya vasitələrindən 605-i təkərli oturacaq (o cümlədən 8-i mühərrikli təkərli oturacaq), 190-ı aşağı və yuxarı ətraf protezi, 317-si əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 811 cüt protez və yarım cüt ortopedik ayaqqabı, 321 eşitmə aparatı, 28 korset və digər reabilitasiya vasitələri təqdim olunub.

Qeyd edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM