Cənubi Koreya ilk hipersəs raket sınağını uğurla həyata keçirib.
NTV Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, sınağı Prezident Li Çje Myon da izləyib. Sınaq zamanı hipersəs vasitəsinin uçuş trayektoriyası və sürəti kimi əsas texniki göstəriciləri yoxlanılıb.
Bildirilib ki, hazırlanmaqda olan sistem gələcəkdə uzaq məsafədəki hədəflərə qəfil və dəqiq zərbələr endirmək imkanına malik strateji vasitə kimi nəzərdə tutulur.
