satellite   Azerspace-1: 11135 H 30000

Kəngərli və Culfa rayonları ərazisində hərbi sursatlar aşkar edilib - FOTOLAR

Kəngərli və Culfa rayonları ərazisində hərbi sursatlar aşkar edilib<font color=red> - FOTOLAR</font> Kəngərli və Culfa rayonları ərazisində hərbi sursatlar aşkar edilib<font color=red> - FOTOLAR</font> Kəngərli və Culfa rayonları ərazisində hərbi sursatlar aşkar edilib<font color=red> - FOTOLAR</font>

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Culfa rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

Nazirlikdən NTV-yə verilən xəbərə görə, məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib. 

Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 120mm top mərmisi, 3 ədəd RPQ-7 mərmisinin idarə olunmayan mühərriki, 3 ədəd 30mm AQS mərmisi, 1 ədəd 2A42 topunun gilizi, 5 ədəd müxtəlif döyüş başlığı, 1 ədəd minaatan mərmisinin arxa pəri və 1 ədəd TM-62 tipli tank əleyhinə mina olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM