satellite   Azerspace-1: 11135 H 30000

Aviaşirkətlər biletlərin qiymətini artırıb İqtisadiyyat

Aviaşirkətlər biletlərin qiymətini artırıb İqtisadiyyat

Dünya bazarında neftin və aviasiya kerosininin qiymətinin artması ilə əlaqədar sərnişin aviaşirkətləri biletlərin qiymətini artırıblar.

NTV  xəbər verir ki, “American Airlines”, “Qatar Airways” “Turkish Airlines”, “Lufthansa”, “SAS Scandinavian”, “Hawaiian Airlines”, “Eurowings” və digər şirkətlər biletin qiymətini iki dəfə artırıblar.

“American Airlines” bəyan edib ki, təkcə mart ayının birinci yarısında şirkət 400 milyon zərərə düşüb ki, bunun da əsas səbəbi yanacağın qiymətinin artması ilə bağlıdır.

“SAS Scandinavian” şirkəti isə bir sıra istiqamətə uçan reysləri müvəqqəti olaraq dayandırıb.

“Reuters” agentliyinin məlumatına görə, Körfəzdəki müharibə və bunun nəticəsi kimi Hörmüz boğazının bağlanmasından əvvəl bareli 90 dollara satılan aviasiya kerosini bu gün 200 dollara satılır ki, bu da aviasiya şirkətlərinin ziyanla işləməsinə, reysləri təxirə salmasına gətirib çıxarıb.

Oxşar mənzərə Asiyanın aviasiya məkanında da müşahidə edilir. “Philippine Airlines”, “Hong Kong Airlines”, “China Airlines” və başqaları da sərnişin və yükdaşımaların qiymətini artırmaq məcburiyyətində qalıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM