satellite   Azerspace-1: 11135 H 30000

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

İsveç millisinin və İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Zlatan İbrahimoviç 45 yaşını özünəməxsus şəkildə qeyd edib.

NTV xarici mətbuata istinadən xəbər verir ki, veteran hücumçu özünə “Ferrari”nin ən ekstremal modellərindən biri olan yeni F80 hədiyyə edib.

Hazırda “Milan”da müşavir vəzifəsində çalışan İbrahimoviçin qarajında artıq “Ferrari”nin ən bahalı və eksklüziv modellərindən bir neçəsi yer alır.

İbrahimoviç yeni avtomobilini əldə etmək üçün təxminən bir il gözləyib. O, ötən ilin oktyabrında növbəti avtomobilinin “Ferrari” F80 olacağını açıqlamışdı. “Ferrari” isə modeli futbolçunun 45-ci doğum günündə təhvil verib.

F80 ikiyerlik, plug-in hibrid superkarıdır və ümumilikdə 1 200 at gücü hasil edir. Avtomobil “Ferrari” tarixinin ən sürətli modellərindən biridir. F80 saatda 100 kilometr sürəti cəmi 2,75 saniyəyə yığır. Maksimal sürəti isə 350 km/saat təşkil edir. Qiyməti 4 milyon avrodur.

Qeyd edək ki, İbrahimoviçin “Ferrari” kolleksiyasında artıq “Daytona SP3”, “812 Competizione”, SF90 XX, “SF90 Spider”, “Purosangue” və “Monza SP2” kimi nadir modellər var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM