satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb

Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş plana əsasən məskunlaşma sahəsi 1800 hektardan 2600 hektara qədər genişləndiriləcək. Bu, 44 faiz artım deməkdir. Məskunlaşan əhalinin sayı 97 min nəfərdən 130 min nəfərə çatacaq. Yaşayış fondu isə 3,9 milyon kvadratmetrə yüksələcək ki, bu da adambaşına 30 kvadratmetr yaşayış sahəsi deməkdir.

NTV xəbər verir ki, bunu AZƏRTAC və AZTV-yə məxsusi müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib.

O deyib: “Həmçinin adambaşına düşən yaşıllıq sahəsi 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılacaq. Şəhər mobilliyinə yanaşma yeni prinsiplər əsasında formalaşdırılıb. Optimallaşdırılmış və əlçatan nəqliyyat infrastrukturunun yaradılması məqsədilə küçələrin ümumi uzunluğunun 188 kilometr, mikromobilliyi təmin etmək üçün velosiped zolaqlarının uzunluğunun isə 122 kilometr olması nəzərdə tutulur. Bundan başqa, sosial sahə, səhiyyə, təhsil və digər təyinatlı müəssisələrin əlçatanlığı istiqamətində də Baş Planda konkret hədəflər müəyyən edilib. Belə ki, təhsil müəssisələrinin tutumunun 23 min, məktəbəqədər müəssisələrin isə 7 min nəfər olması planlaşdırılır. Şəhərin kəmiyyət göstəricilərinin böyüməsi və müxtəlif istiqamətlərdə inkişafı nəticəsində məşğulluğun 40 faiz artaraq 78 min nəfərə çatacağı gözlənilir”.

Səlahiyyətli nümayəndə bildirib ki, yeni Baş planda müasir şəhərsalma prinsipləri, inklüzivlik və hər kəs üçün əlçatanlıq əsas amillər kimi nəzərə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM