satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Almaniyada elektrikli avtomobillərin satışı sürətlə artır. Sentyabrda ölkədə 88,6 min yeni elektrikli avtomobil qeydiyyata alınıb.

NTV xəbər verir ki, Federal Avtomobil Nəqliyyatı İdarəsinin məlumatına görə, bu göstərici bütün yeni avtomobillərin 34,5 faizinə bərabərdir və ötən ilin eyni ayı ilə müqayisədə 95 faiz çoxdur.

Yeni avtomobil bazarında ən yüksək göstərici isə hibrid modellərdə qeydə alınıb. Sentyabrda 98,9 min hibrid avtomobil qeydiyyata alınıb və onların bazar payı 38,5 faiz təşkil edib. Benzinlə işləyən avtomobillərin qeydiyyatı 29 faiz, dizel avtomobillərin qeydiyyatı isə təxminən 20 faiz azalıb.

Elektrikli avtomobillərə tələbatın artmasında hökumətin yeni subsidiya proqramının mühüm rol oynadığı bildirilir. May ayında qüvvəyə minən proqram çərçivəsində indiyədək 100 min müraciət üzrə ödəniş həyata keçirilib. Müraciət edənlərin yarısının illik ailə gəliri 45 min avrodan çox deyil.

Proqram 2026-2029-cu illərdə 800 min elektrikli avtomobilin alınmasının və lizinqinin dəstəklənməsini nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM