satellite   Azerspace-1: 11135 H 30000

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Moldova hökuməti 2028-ci ilin əvvəlinə qədər Aİ-yə üzvlüklə bağlı danışıqlar üçün texniki hazırlıqları başa çatdırmaq üzərində işləyir ki, ölkə 2030-cu ildə üzvlüyə hazır olsun.

NTV xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Vasile Tofan oktyabrın 5-də Brüsseldə keçirilən Moldova-Aİ Assosiasiya Şurasının iclasından sonra bildirib.

Medianın məlumatına görə, Moldova 2030-cu ildə Aİ-yə qoşulmağı və 2028-ci ilin əvvəlinə qədər üzvlük danışıqlarını başa çatdırmağı hədəfləyir.

Baş nazir Tofan xatırladıb ki, bu yay Moldova üçün 1-ci və 6-cı klasterlər açılıb.

“Biz ilin sonuna qədər qalan klasterləri açmaq və aralıq meyarlara vaxtında cavab vermək üçün çalışırıq”, - deyə o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM