satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Azərbaycan karateçiləri oktyabrın 3-4-də Latviyada və Rusiyada keçirilmiş fullkontakt şinkyokuşin yarışlarında bir gümüş və iki bürünc medal əldə ediblər.

Karate Federasiyasından NTV-yə bildirilib ki, fullkontakt şinkyokuşin karate üslubu üzrə milli komanda Latviyanın Riqa şəhərində təşkil olunan Avropa çempionatında iki mükafata sahib olub. U-21 yaş kateqoriyasında Zamin Fərəcov (75 kiloqram) ikinci yeri tutaraq gümüş medal qazanıb. Məhərrəm Əhmədov (65 kiloqram) isə bürünc medala layiq görülüb.

Həmin tarixlərdə Rusiyanın Novosibirsk şəhərində keçirilən "34-cü Andrey Yakutov Memorialı”nda Azərbaycanı təmsil edən Emin İsmayıllı da mükafatçılar sırasında yer alıb. İdmançı 75 kiloqram çəki dərəcəsində üçüncü yeri tutaraq bürünc medal qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Sabah yağış yağacaq

12:51 05.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM