satellite   Azerspace-1: 11135 H 30000

SEPAH Hörmüz boğazında tankeri vuracağı ilə hədələyib

SEPAH Hörmüz boğazında tankeri vuracağı ilə hədələyib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən tankerə zərbə endirməklə hədələyib.

NTV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, hadisə Omanın Xəsəb şəhərindən 11 dəniz mili şimalda baş verib. Hörmüz boğazından keçən tanker radio rabitəsi vasitəsilə SEPAH-dan geri dönmək tələbini alıb.

"Gəmiyə geri qayıtmaq əmr edilib, əks halda o, hədəfə çevriləcək", - məlumatda qeyd olunub.

Tankerin kapitanı tələbi yerinə yetirdiyini təsdiqləyib.

UKMTO-nun məlumatına görə, müvafiq qurumlar araşdırma aparır. İdarə həmçinin gəmiləri bu ərazidən keçərkən ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Sabah yağış yağacaq

12:51 05.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM