satellite   Azerspace-1: 11135 H 30000

Şərurda DOST Qəbul şöbəsinin tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir

Şərurda DOST Qəbul şöbəsinin tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir

NTV xəbər verir ki, Naxçıvan Regional DOST Mərkəzinin Şərur rayonunda DOST Qəbul şöbəsinin tikinti-quraşdırma işləri artıq başa çatmaq üzrədir.

Binada müasir tələblərə uyğun şərait yaradılıb, əlilliyi olan şəxslərin binaya rahat girişi və çıxışı, onların istifadəsi üçün uyğunlaşdırma işləri aparılıb. Hazırda binanın mebel və texnoloji avadanlıqlarla təchiz edilməsi, isitmə və soyutma sistemlərinin quraşdırılması, daxili bədii tərtibat istiqamətində işlər davam etdirilir.

Şərurda yaradılan DOST Qəbul şöbəsində əhaliyə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və  sosial sahəyə aid digər istiqamətlərdə xidmətlər  “bir pəncərə”dən,  müasir, operativ və şəffaf şəkildə təqdim ediləcək. 

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST Qəbul şöbələrinin yaradılması nəzərdə tutulur və bu istiqamətdə işlər davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Sabah yağış yağacaq

12:51 05.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM