satellite   Azerspace-1: 11135 H 30000

İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə maarifləndirici görüşlər keçirilib - FOTOLAR

İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə maarifləndirici görüşlər keçirilib<font color=red> - FOTOLAR</font> İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə maarifləndirici görüşlər keçirilib<font color=red> - FOTOLAR</font> İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə maarifləndirici görüşlər keçirilib<font color=red> - FOTOLAR</font> İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə maarifləndirici görüşlər keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki,  Naxçıvan Muxtar Respublikasında ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin maarifləndirilməsi məqsədilə görüşlər keçirilib.

Tədbirlər zamanı Vergi Məcəlləsində edilmiş dəyişikliklər, xüsusilə ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün nəzərdə tutulan vergi güzəştləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Vergi Məcəlləsinin müvafiq maddəsində edilmiş dəyişikliyə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin növbəti 3 il müddətində hesabat dövrü ərzində nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödənişlər əsasında formalaşan dövriyyəsinin 50 faizi vergi tutulan ümumi dövriyyədən çıxılır. Qeyd olunub ki, bu güzəştdən istifadə edilməsi üçün nağdsız ödənişlərin nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya olunmuş POS-terminal vasitəsilə həyata keçirilməsi tələb olunur. Diqqətə çatdırılıb ki, qeyd edilən güzəşt nəticəsində ƏDV məbləğinin azaldılması hesabına əldə olunan gəlirlər mənfəət və gəlir vergisindən azad edilir.

Maarifləndirici görüşlər çərçivəsində vergi ödəyicilərinin sualları cavablandırılıb, yeni dəyişikliklərin tətbiqi qaydaları izah olunub və nağdsız ödənişlərin genişləndirilməsinin əhəmiyyətindən bəhs edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM