“Sabah” basketbol klubu bu gün FIBA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
NTV xəbər verir ki, Bakı təmsilçisi A qrupunda Litvanın “Ritas” (Vilnüs) komandası ilə üz-üzə gələcək.
Vilnüsdə gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, Lazar Spasiçin baş məşqçisi olduğu kollektiv növbəti oyununu oktyabrın 14-də Bakıda Türkiyə "Trabzonspor"una qarşı keçirəcək.
