İtaliyanın paytaxtı Romada yaşayış binasının həyətində partlayıcı qurğu partlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
NTV İtaliyanın Adnkronos informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış San Basilio məhəlləsində gecə saatlarında baş verib. Hadisə yerinə bomba zərərsizləşdirmə mütəxəssisləri və polis əməkdaşları cəlb olunub.
Hüquq-mühafizə orqanları partlayıcı qurğunu yerləşdirən şəxslərin müəyyənləşdirilməsi məqsədilə araşdırmalara başlayıb.
Qeyd edək ki, Romada son iki gündə bu, analoji ikinci hadisədir. Ötən gün Tuskolano rayonunda şərab mağazasının qarşısında partlayıcı qurğunun partlaması nəticəsində mağazaya və yaxınlıqda park edilmiş iki avtomobilə ziyan dəyib.
