NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş qrafikə əsasən, vətəndaşlara qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcək.
Belə ki, 30 mart 2026-cı il tarixində Naxçıvan “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Qeydiyyat şöbəsi və Notariat ofisi vətəndaşların xidmətində olacaq.
Muxtar respublikanın digər notariat ofisləri isə aşağıdakı növbəli iş qrafikinə uyğun fəaliyyət göstərəcək:
Naxçıvan şəhər 3 saylı Notariat Ofisi – 26 və 27 mart, saat 10:00-dan 13:00-dək
Babək rayon Notariat Ofisi – 24 və 25 mart, saat 10:00-dan 13:00-dək
Şərur rayon 2 saylı Notariat Ofisi – 23, 25 və 27 mart, saat 10:00-dan 13:00-dək
Culfa rayon Notariat Ofisi – 23 və 24 mart, saat 10:00-dan 13:00-dək
Ordubad rayon Notariat Ofisi – 23 və 27 mart, saat 10:00-dan 13:00-dək
Şahbuz rayon Notariat Ofisi – 25 mart, saat 10:00-dan 13:00-dək
Kəngərli rayon Notariat Ofisi – 23 və 27 mart, saat 10:00-dan 13:00-dək
Vətəndaşlar qeyd olunan tarixlərdə müvafiq notariat ofislərinə müraciət edərək zəruri xidmətlərdən yararlana bilərlər.
