Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NTV xəbər verir ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Elnur Rüstəmovun idarə etdiyi yük maşını rayon ərazisində yoldan çıxaraq aşıb.
Qəza nəticəsində E. Rüstəmov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
