satellite   Azerspace-1: 11135 H 30000

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro məbləğində hərbi dəstək proqramını təsdiqləyib

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro məbləğində hərbi dəstək proqramını təsdiqləyib

Avropa Komissiyası Avropa Hərbi-Sənaye Proqramı (EDIP) çərçivəsində Ukrayna üçün 1,5 milyard avro məbləğində hərbi investisiya proqramını qəbul edib.

Bu barədə NTV komissiyanın bəyanatına istinadən xəbər verir.

Proqramın həyata keçirilməsinə martın 31-dən başlanmalıdır.

Bəyanatda vurğulanır ki, pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri, raket və döyüş sursatlarının alınmasına 700 milyon avro ayrılacaq, Ukraynanın hərbi sənayesinin inkişafına və modernləşdirilməsinə 260 milyon avro yönəldiləcək.

Bundan başqa, ümumi məbləğdən Avropa İttifaqının ümumi maraq doğuran müdafiə layihələri (EDPCI) üçün genişmiqyaslı birgə sənaye təşəbbüslərinin başladılması və həyata keçirilməsinə 325 milyon avro ayrılacaq. Bu layihələrin Aİ-nin daha geniş hissəsi üçün faydalı olacağı nəzərdə tutulur, eləcə də Norveç və Ukrayna üçün də açıqdır.

"Parçalanmanı azaltmaq və səmərəliliyi artırmaq üçün EDIP üzv dövlətlər və Norveç tərəfindən müdafiə avadanlıqlarının birgə satın alınmasına, o cümlədən dronlara qarşı mübarizə sistemləri, hava hücumundan və raketdən müdafiə sistemləri, eləcə də quru və hərbi-dəniz döyüş sistemlərinə 240 milyon avro ayıracaq. Müdafiə sahəsində startaplar, o cümlədən kiçik və orta müəssisələr, eləcə də orta şirkətlər FAST fondu (Müdafiə sahəsində tədarük zəncirlərinin sürətləndirilmiş transformasiyası Fondu) vasitəsilə 100 milyon avro alacaq", - AK-nın bəyanatında deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM