NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçiriləcək
Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsində yerləşən Naxçıvan Biznes Mərkəzində mayın 1-i, saat 10:00-da baş tutacaq yarmarkaya Naxçıvan Muxtar Respublikasının işsiz və iş axtaran sakinləri dəvətlidirlər.
30-dan çox işəgötürən üzrə 150-dən çox vakansiya muxtar respublika sakinlərinə təqdim ediləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaq imkanı yaradılır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
