satellite   Azerspace-1: 11135 H 30000

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra uşaqların zəhərlənməsi barədə səs yazısı yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NTV-yə bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb.

Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM