Ukrayna müdafiə qüvvələri son 24 saat ərzində Rusiyanın beş bölgəsində və Qara dənizdə RF ordusunun neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib.
NTV bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.
Dövlət başçısı Rusiyanın vəziyyəti gərginləşdirməsinə Ukraynanın haqlı olaraq “uzaqməsafəli sanksiyalar” ilə cavab verdiyini vurğulayıb və əlavə edib ki, hər gün mühüm nəticələr əldə edilir.
“Son 24 saat ərzində Samara və Volqoqrad vilayətlərində neft obyektlərinə zərbələr endirilib. Qara dəniz, Voronej, Nijni Novqorod, Volqoqrad, Samara və Krasnodar vilayətlərində aerodromlar, müəssisələr, neft emalı zavodları, raket və kosmik mərkəz, habelə işğalçılara məxsus sursat anbarı hədəf alınaraq effektiv işlər görülüb”, - deyə Ukrayna Prezidenti qeyd edib.
Zelenski, həmçinin dəqiqliyə və peşəkarlığa görə hərbçilərə təşəkkür edib.
