satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Səudiyyə Ərəbistanı hakimiyyəti cümə günü Məkkədəki Məscidül-Həramda terrorçu-kamikadze ilə bağlı xəbərləri təkzib edərək bildirib ki, insident bir kişinin yoldan keçənlərə sataşması və qorxuya səbəb olması ilə bağlıdır. Həmin şəxs bu əməllərə görə saxlanılıb.

NTV Səudiyyə mediasına istinadla xəbər verir ki, “X” sosial platformasında dərc olunan bəyanatda deyilir: “Müqəddəs paytaxtdakı təhlükəsizlik orqanları yoldan keçənlərə sataşdığına, onların arasında qorxu və təşviş yaydığına görə bir nəfəri həbs edib və dərhal tədbir görülüb. Təhlükəsizlik orqanları hadisə ilə bağlı yayılan iddiaların həqiqətə uyğun olmadığını təsdiqləyir”.

Bəyanatda şübhəli şəxs haqqında əlavə məlumat verilməyib.

Sosial mediada daha əvvəl yayılan xəbərlərdə iddia olunurdu ki, partlayıcı jilet geyinmiş terrorçu-kamikadze İslamın ən müqəddəs ziyarətgahı olan Məscidül-Həramda təhlükəsizlik işçiləri tərəfindən yaxalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM