satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir

Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir

Hazırda Bakı ilə Moskva arasında münasibətlər stabildir və mehriban qonşuluq çərçivəsində inkişaf edir.

NTV xəbər verir ki, bunu Prezidentin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.

"Bilavasitə qonşularımıza gəldikdə - coğrafiya bizim taleyimizdir. Bioloji baxımdan valideynlərimizi, geosiyasətdə isə qonşularımızı seçə bilmərik. Bu, bizim taleyimizdir və biz birlikdə yaşamalıyıq. Buna görə də şadam ki, Rusiya və Azərbaycan arasındakı münasibətlər hazırda sabit və normaldır, həm də mehriban qonşuluq çərçivəsində inkişaf edir", - o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM