Futbol üzrə Türkiyə millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
NTV xəbər verir ki, A Liqasının 1-ci qrupunda yer alan “ay-ulduzlular” Belçika yığmasının qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bu qrupun digər matçında isə Fransa millisi öz meydanında İtaliyanı qəbul edəcək.
Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda məğlub olan Türkiyə yığması xalsızdır və sonuncu – 4-cü pillədə qərarlaşıb.
