satellite   Azerspace-1: 11135 H 30000

WUF13 Təşkilat Komitəsinin üzvü: İnklüzivlik davamlı şəhər inkişafının əsas prioriteti kimi önə çıxır

WUF13 Təşkilat Komitəsinin üzvü: İnklüzivlik davamlı şəhər inkişafının əsas prioriteti kimi önə çıxır

Müasir dövrdə davamlı inkişaf artıq yalnız ekoloji məsələ kimi deyil, həm də iqtisadi dayanıqlılıq, sosial rifah və effektiv idarəetmə ilə birbaşa bağlı olan strateji prioritet kimi qiymətləndirilir.

NTV xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada çıxışı zamanı deyib.

“Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədləri, xüsusilə davamlı şəhərlər və icmalar üzrə 11-ci məqsəd göstərir ki, şəhər və regional siyasətlər ətraf mühitin davamlılığı prinsipləri ilə uzlaşdırılmadan uzunmüddətli inkişaf təmin edilə bilməz. Bu gün WUF-13 çərçivəsində şəhər idarəetməsində inklüzivlik, çoxsəviyyəli koordinasiya, ictimai iştirak, dayanıqlılıq və “yaşıl şəhər” yanaşması davamlı şəhər inkişafının əsas prioritetləri kimi önə çıxır”, - deyə o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM