satellite   Azerspace-1: 11135 H 30000

Şərurun 14 kəndində işıq olmayacaq

Şərurun 14 kəndində işıq olmayacaq

Şərur rayonunun bir sıra yaşayış məntəqələrində oktyabrın 2-də elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə NTV-yə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Bildirilib ki, 35/10 kV-luq Maxta, Muğanlı və Aralıq yarımstansiyalarında aparılacaq təmir işləri ilə əlaqədar saat 15:00-dan 17:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Fasilə Maxta, Dəmirçi, Axaməd, Kərimbəyli, Qarabürc, Kürçülü, Kürkəndi, Qorçulu, Muğanlı, Alışar, Aşağı Aralıq və Xələc kəndlərini, həmçinin Yengicə kəndinin bir hissəsini əhatə edəcək.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi daha keyfiyyətli və dayanıqlı şəkildə bərpa olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM