satellite   Azerspace-1: 11135 H 30000

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır | "Nuhçıxan" İnformasiya Agentliyi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır | "Nuhçıxan" İnformasiya Agentliyi

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu yığmadakı karyerasını başa vurmaq qərarına gəlib.

NTV “O Jogo” nəşrinə istinadən xəbər verir ki, ötən gün yığmanın düşərgəsini tərk edən 41 yaşlı hücumçunun qərarı qətidir və o, bundan sonra Portuqaliya millisinin heyətində çıxış etmək istəmir.

Bildirilir ki, UEFA Millətlər Liqasının ilk turunda Uels yığmasına qarşı keçirilmiş matç (1:0) onun milli komandadakı son oyunu olub.

Ronaldunun qərarı ilə bağlı Portuqaliya Futbol Federasiyası və oyunçunun özü tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Təcrübəli forvard baş məşqçi Jorji Jezuşun UEFA Millətlər Liqasının Danimarka ilə oyununda onu start heyətində meydana buraxmayacağını açıqlamasından sonra milli komandanın düşərgəsini tərk edib.

Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya millisinin heyətində 234 oyun keçirib və 146 qol vurub. O, həm keçirdiyi oyunların, həm də vurduğu qolların sayına görə milli komandanın rekordçusudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM