satellite   Azerspace-1: 11135 H 30000

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Üç diplomatik mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, ötən gecə Efiopiyanın paytaxtı Əddis-Əbəbədə partlayış səsləri eşidilib.

NTV xəbər verir ki, Efiopiyanın şimalında ötən həftədən bəri federal qüvvələrlə döyüşən müxalifət ittifaqı ilə əlaqəli bir mənbə agentliyə bildirib ki, ittifaq silahlıları Əddis-Əbəbəyə, o cümlədən şəhərdəki hərbi qərargaha bir neçə pilotsuz uçuş aparatı (PUA) zərbəsi endirib. Bu, hökumət əleyhinə çıxış edən qüvvələr tərəfindən Efiopiya paytaxtına qarşı həyata keçirilən ilk PUA hücumudur.

Baş nazir Abiy Əhmədin ofisi, habelə federal hökumət və hərbi qurumların sözçüləri bu məlumatları şərh etməyib.

Efiopiyanın şimalında ötən həftə baş verən toqquşmalar 2020-2022-ci illər vətəndaş müharibəsinin bitməsindən bəri ölkədə zorakılığın ən böyük miqyasda artması olub.

Milli kəşfiyyat xidməti çərşənbə günü elan edib ki, təhlükəsizlik səbəbindən Əddis-Əbəbə və onun ətrafı üzərində bütün PUA uçuşları qeyri-müəyyən müddətə qadağan edilib. Müxalifət ittifaqı qüvvələrinin hücum PUA-larından istifadə etməsi vəziyyəti daha da gərginləşdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM