Qazaxıstanda 60 yaşdan yuxarı 2,9 milyona yaxın insan yaşayır.
NTV Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Statistika Bürosu məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin əvvəlində ölkədə 60 yaşdan yuxarı 2 milyon 923 min 472 nəfər yaşayıb. Onların 1 milyon 163 min 270-i kişi, 1 milyon 760 min 202-si qadındır.
Məlumata görə, ölkədə 100 və daha yuxarı yaşda 1323 nəfər yaşayır. 60 yaşdan yuxarı əhalinin 1 milyon 894 min 268-i şəhərlərdə, 1 milyon 29 min 204-ü kəndlərdə məskunlaşıb. 2026-cı ilin ikinci rübündə bu yaş qrupundan 465 min 302 nəfər işləyib.
