satellite   Azerspace-1: 11135 H 30000

Muxtar Babayev: Beynəlxalq təcrübənin milli reallıqlara inteqrasiya edilməsi vacibdir

Muxtar Babayev: Beynəlxalq təcrübənin milli reallıqlara inteqrasiya edilməsi vacibdir

COP29-un Bakıda uğurlu keçirilməsi Azərbaycanın praktik iqlim tədbirlərinə və beynəlxalq əməkdaşlığa sadiqliyini daha da gücləndirib.

NTV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada videomüraciətlə çıxışı zamanı deyib.

"COP29 tədbiri zamanı aparılan müzakirələr icra mexanizmlərinin, dayanıqlılığın, iqlim maliyyələşdirilməsinin və inkişaf siyasətlərinə dayanıqlılığın daha güclü inteqrasiyasının artan əhəmiyyətini vurğuladı. İnanırıq ki, daha güclü dayanıqlılıq standartları bu keçidə təkan ola bilər. Onlar daha davamlı infrastrukturu, resurs səmərəliliyini, dairəvi iqtisadiyyat yanaşmalarını, yaşıl şəhərsalma və daha məsuliyyətli istehsal və istehlak modellərinə stimul verə bilər. Əhəmiyyətli olan həm də odur ki, davamlılığa əlavə bir yük kimi yanaşılmamalıdır. Bu, uzunmüddətli dayanıqlığa, iqtisadi səmərəliliyə və insanların rifahına qoyulan investisiya kimi qəbul edilməlidir. Həm ambisiyalı, həm də praktik standartların hazırlanması üçün beynəlxalq təcrübənin milli reallıqlara inteqrasiya edilməsi vacibdir", - deyə Muxtar Babayev vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM