satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 41 min hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq, 2500 hektar yeni ərazi dövriyyəyə cəlb olunacaq

Naxçıvanda 41 min hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq, 2500 hektar yeni ərazi dövriyyəyə cəlb olunacaq

Son 20 ildə ölkədə su təsərrüfatı sahəsinə əhəmiyyətli dövlət vəsaiti yönəldilib, infrastruktur inkişaf etdirilib və su ehtiyatlarının artırılması istiqamətində mühüm işlər görülüb. Bu dövrdə ümumi sututumu 557 milyon kubmetr olan Taxtakörpü, Heydər Əliyev, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları inşa edilib. Həmçinin 4770 kilometr suvarma kanalı, 3 610 kilometr kollektor-drenaj şəbəkəsi tikilib və təmir-bərpa olunub, 1600 kilometr boru xətti çəkilib, 3394 subartezian quyusu qazılıb, sel və daşqınların qarşısının alınması məqsədilə 234 kilometr sahil mühafizə tədbirləri həyata keçirilib.

NTV xəbər verir ki, bu sözləri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə Şərurda keçirilən regional müşavirədə çıxışı zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov deyib.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da su ehtiyatlarından səmərəli istifadənin təmin olunması istiqamətində mühüm layihələr icra edilir. Bu çərçivədə “Qaraçuq-1” nasos stansiyasının və təzyiqli boru xəttinin, Qaraçuq magistral kanalının, "Araz-1" və "Araz-2" iki pilləli nasos stansiyalarının yenidən qurulması, Əlincəçaydan su götürən və Bənəniyar su anbarını qidalandıran kanalın bərpası, Sədərək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin yaradılması, Kəngərli rayonunun bir sıra yaşayış məntəqələrində içməli su təchizatının təkmilləşdirilməsi, həmçinin yeni subartezian quyularının qazılması istiqamətində işlər davam etdirilir.

"Bu tədbirlərin həyata keçirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında mövcud suvarma sistemlərinin texniki vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, su itkilərinin azaldılması, ümumilikdə, 41 min hektar əkin sahəsinin dayanıqlı su təminatının gücləndirilməsi və 2500 hektar yeni ərazinin əkin dövriyyəsinə cəlb edilməsi hədəflənir", – deyə ADSEA sədrinin müavini əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM