İtaliyanın “Parma” klubu baş məşqçisi Karlos Kuesta ilə yollarını ayırıb.
NTV klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında son qoyulub.
Klub rəhbərliyi artıq yeni baş məşqçinin axtarışlarına başlayıb.
Qeyd edək ki, “Parma” 2026/2027-ci illər mövsümündə A Seriyasında 5 turdan sonra 4 xalla 15-ci pillədə qərarlaşıb. Komanda 5 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib və 3 dəfə məğlub olub.
