satellite   Azerspace-1: 11135 H 30000

AQTA: Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb

AQTA: Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb

Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb.

NTV xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb. Məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə mağazalarda bir qəpiyə satışa çıxarılan yumurtaların keyfiyyətsiz olduğu ilə bağlı iddialar yayılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM