satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin yanvar-may ayları ərzində 111 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Bu ilin yanvar-may ayları ərzində 111 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Bu ilin 5 ayı ərzində 111 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb.

Bu barədə NTV-yə  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Qeyd edilib ki, qanunsuz dövriyyədən çıxarılmış 4 ton 263,1 kq 169,4 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 111 milyon 793 min AZN kimi qiymətləndirilir.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 263,1 kq 533,1 qram narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 664 kq 289,559 qramını marixuana, 212 kq 587,146 qramını heroin, 88 kq 128,798 qramını tiryək, 214 kq 243,147 qramını həşiş, 7 kq 937,74 qramını digər narkotik vasitələr və 76 kq 346,71 qramını psixotrop maddələr təşkil edib.

Bunlarla yanaşı 4486 ədəd həb metadon, 3660 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM