satellite   Azerspace-1: 11135 H 30000

Paytaxtda bu ilin 5 ayında motosiklet və mopedlərin iştirakı baş verən qəzalar zamanı 5 nəfər ölüb, 1-i yaralanıb

Paytaxtda bu ilin 5 ayında motosiklet və mopedlərin iştirakı baş verən qəzalar zamanı 5 nəfər ölüb, 1-i yaralanıb

Bu ilin 5 ayı ərzində paytaxt ərazisində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 5 nəfər ölüb, 1-i xəsarət alıb.

NTV  xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

“Təbii ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması istiqamətində tərəfimizdən davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir. Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib və sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib”, - deyə məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM