satellite   Azerspace-1: 11135 H 30000

FHN: İyulun 15-də Mərdəkan qəsəbəsində dənizdə batan şəxsin axtarışları davam etdirilir

FHN: İyulun 15-də Mərdəkan qəsəbəsində dənizdə batan şəxsin axtarışları davam etdirilir

İyulun 15-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralıda, dənizin nəzarətsiz ərazisində batan 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin axtarışları davam etdirilir.

Bu barədə NTV-yə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM