İlin əvvəlindən bankların kredit portfeli 9,2 faiz və ya 2 milyard 761,2 milyon manat artıb (2025-ci ilin müvafiq dövrü üzrə artım 4,5 faiz olub).
NTV Mərkəzi Banka istinadla xəbər verir ki, avqustda bankların kredit portfeli 2,3 faiz və ya 728,9 milyon manat artaraq 32 milyard 824,2 milyon manat olub. Kredit portfelinin strukturu: biznes kreditləri – 54,3 faiz (17 milyard 822,9 milyon manat); istehlak kreditləri – 31,3 faiz (10 milyard 261,1 milyon manat) və ipoteka kreditləri – 14,4 faiz (4 milyard 740,2 milyon manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76,4 faizi və ya 41 milyard 792,5 milyon manat. Depozit portfelinin 57,4 faizi (23 milyard 981,6 milyon manat) hüquqi şəxslərin, 42,6 faizi (17 milyard 810,9 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
