1993-cü ildə işğal zamanı doğma yurdumuzdan çox ağır, faciəli şəraitdə çıxmışıq. Təsadüfən sağ qalan insanlarıq. Bu gün isə Ordumuzun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində öz vətənimizə qayıdırıq.
NTV xəbər verir ki, bu fikirləri Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən keçmiş məcburi köçkün Zoya Abdullayeva deyib.
“Allah bu hissi hələ də doğma yurduna qayıtmaq arzusu ilə yaşayan bütün məcburi köçkünlərə də qismət eləsin. İnşallah, hər kəs ömrünün sonuna qədər bu arzusuna çatsın, öz torpağında yaşasın, orada yenidən qurub-yaratsın. Ən böyük arzum doğma torpağımda, az da olsa, yaşaya bilməkdir”, - deyə o əlavə edib.
