Bu ilin yanvar-iyun aylarında 74 518 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Bu barədə NTV Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onların 52,6 %-ni kişilər, 47,4 %-ni isə qadınlar təşkil edib.
