satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandan tranzit keçməklə Gürcüstandan İrana gedən nəqliyyat vasitəsində narkotik aşkarlanıb

Azərbaycandan tranzit keçməklə Gürcüstandan İrana gedən nəqliyyat vasitəsində narkotik aşkarlanıb

Balakən Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində narkotik vasitə - tiryək aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NTV-yə bildirilib ki, idarənin “Mazımqara” gömrük postunun idxal nəzarət xəttində Azərbaycandan tranzit keçməklə Gürcüstandan İrana “minik avtomobilləri” yükü daşıyan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb olunub. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilən təmiz çəkisi 385 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM