satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Qırğızıstan parlamenti (Joqorku Keneş – Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib.

NTV xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib.

Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsinə əsasən, prezident seçkilərinin tarixini müəyyənləşdirmək səlahiyyəti parlamentə məxsusdur.

Qüvvədə olan seçki haqqında konstitusiya qanununa əsasən, növbəti prezident seçkiləri dövlət başçısının səlahiyyət müddətinin başa çatdığı ildə yanvar ayının dördüncü çərşənbə günü keçirilməlidir. Seçkilərin tarixi səsvermə gününə ən geci dörd ay qalmış parlament tərəfindən müəyyənləşdirilir.

Beləliklə, Qırğızıstanda növbəti prezident seçkiləri 27 yanvar 2027-ci ildə keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM